525.Az

Gürcüstanda azərbaycandilli yeni məktəb binasının açılışı oldu


 

Gürcüstanda azərbaycandilli yeni məktəb binasının açılışı oldu<b style="color:red"></b>

Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə yeni dərs ili başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, dərs ilinin ilk günündə Marneuli rayonunda yerləşən 1 saylı ictimai məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. 

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Levan Xaratişvili, Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili, Marneuli İcra başçısı Zaur Darğallı, millət vəkili Ruslan Hacıyev və yerli icma nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, yararsız vəziyyətdə olduğu üçün 2016-cı ildə sökülən köhnə məktəb binasının yerində yenisinin tikilməsi üçün büdcədən 1 milyon lari ayrılıb. 

Məktəbdə hazırda 150 şagird təhsil alır.

 





16.09.2019    çap et  çap et