525.Az

Məleykə Abbaszadə beynəlxalq konfransda iştirak edəcək


 

Məleykə Abbaszadə beynəlxalq konfransda iştirak edəcək <b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə İngiltərədə "Examining RISK" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

Komissiyanın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, konfransın təşkilatçısı 150 ildən artıq fəaliyyət göstərən, təhsilin qiymətləndirmə sahəsi üzrə zəngin təcrübəyə malik və bu sahə üzrə Avropanın ən böyük təşkilatı olan "Cambridge Assesment"dir.
Müzakirə olunan məsələlərin əhəmiyyəti nəzərə alınaraq, konfransa yalnız "Cambridge Assessment Network" (Kembric Qiymətləndirmə Şəbəkəsi) qrupuna daxil olan yerli və beynəlxalq ekspertlər dəvət olunublar.

"Examining RISK" mövzusunda keçiriləcək konfransda imtahanların məzmunu və təşkilati işlərlə bağlı meydana çıxa biləcək müxtəlif növ risklərin qarşısının alınması üçün zəruri olan tədbirlərə dair məruzələr dinləniləcək və bu istiqamətdə geniş müzakirələr aparılacaq.

S.QARAYEVA

 





11.10.2012    çap et  çap et