525.Az

AzMİU-da Bilik günü - Foto


 

AzMİU-da Bilik günü - <b style="color:red">Foto </b>

Sentyabrın 16-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Bilik Günü” ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə  Yasamal rayonundan seçilmiş millət vəkili Elşad Həsənov,  Memarlar İttifaqı İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə,  AzMİU-nun məzunu, “Qartal” tikinti firmasının direktoru Şahin Məmmədov,universitetin professor-müəllim heyəti, birinci kursun tələbələri, onların valideynləri iştirak edib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbiri açıq elan edərək professor-müəllim heyətini, birinci kurs tələbələrini və onların valideynlərini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib.Rektor ölkə prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsilin keyfiyyətini artırmaq üçün aparılan islahatlardan danışıb, təhsil siyasətinin, bu sahədə reallaşdırılan islahatların uğurlarını xatırladıb.

Rektor builki qəbul prosesinə toxunaraq  qeyd edib ki, 2019/2020-ci tədris ili üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bakalavriat səviyyəsinə 25 ixtisas üzrə 1537 nəfər abituriyent qəbul olaraq tələbə adını qazanıb.Bakalavriat səviyyəsi üzrə qəbul olan tələbələrdən 143 nəfəri subbakalavrdır.

Sevindirici haldır ki, qəbul olan subbakalavrların əksəriyyəti AzMİU-nun nəzdində olan İnşaat Kollecinin məzunlarıdır. Universitetə qəbul olan abituriyentlərin orta keçid balları da ilbəil yüksəlir, onların arasında 600-dən yuxarı bal yığanların sayı da artıb. AzMİU-nun memarlıq və inşaat mühəndisliyi ixtisasları ilə yanaşı fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, informasiya texnologiyaları ixtisaslarına qəbul olan yüksək ballı abituriyentlərdə üstünlük təşkil edir. AzMİU-nun magistratura pilləsində də 23 ixtisas üzrə qəbul aparılıb. Qəbul göstəriciləri yüksək olan 202  bakalavr magistr adını qazanıb.

Rektorun geniş və əhatəli çıxışından sonra söz qonaqlara verilib. Qonaqlar yeni tədris ilinin başlanması münasibəti ilə tələbələri təbrik edib,  təhsillərində uğurlar diləyiblər. Birinci kursa qəbul olunan tələbələrə də söz verilib.İnşaat fakültəsinin I kurs tələbəsi Səbinə Nəzərli, Memarlıq fakültəsinin I kurs tələbəsi Elbay Qasımzadə, universitetimizdə təhsil alan I kurs tələbəsi, Türkiyə vətəndaşı Yasin Dəmirtaş, I kurs  magistr tələbəsi Fidan Məmmədovaqazandıqları uğurlara görə oxuduqları təhsil ocaqlarına minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər.

Tədbirin sonunda universitetə yüksək balla daxil olan gənclərə tələbə biletləri və qiymət kitabçaları təqdim olunub.

 





16.09.2019    çap et  çap et