525.Az

Ramin Quluzadə MDB-nin Koordinasiya Şurasının 25-ci iclasında


 

Ramin Quluzadə MDB-nin Koordinasiya Şurasının 25-ci iclasında <b style="color:red"></b>

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Müstəqil Dövlətlər Birliyinin rabitə administrasiyalarının təsis etdiyi Regional Rabitə Birliyinin Rabitə Administrasiyası Başçıları Şurasının 55-ci və İnformasiyalaşdırma üzrə MDB-nin Koordinasiya Şurasının 25-ci birgə iclası keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanı tədbirdə nazir Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.  

Sözügedən toplantıda Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin Rabitə Administrasiyaları Başçıları Şurasının qərarlarının həyata keçirilməsi üzrə il ərzindəki fəaliyyəti müzakirə olunur. Həmçinin təşkilata baş katib seçkisi keçiriləcək.

Eyni zamanda, səfər çərçivəsində R. Quluzadənin rabitə və yüksək texnologiyalar sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə Rusiya, Belarus, Özbəkistan və Qazaxıstanın sahə nazirləri və Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zao ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

 





16.09.2019    çap et  çap et