525.Az

Ukraynadakı səfirliyimiz üçün yeni bina inşa olunacaq


 

Ukraynadakı səfirliyimiz üçün yeni bina inşa olunacaq<b style="color:red"></b>

“Azərbaycanın Ukraynadakı səfirliyinin ərazisində soydaşlarımıza yüksək səviyyəli xidmət üçün ayrıca yeni binanın inşasına başlanılacaq”.

Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlara konsulluq xidmətinin göstəriləcəyi binanın 200 kvadratmetr ərazisi olacaq.

“Vətəndaşlarımız müasir texnika ilə təchiz olunacaq binada rahat şəkildə müraciət edə biləcəklər. Bundan başqa, uşaqlı soydaşlarımız üçün ayrıca uşaq otağı xidmət göstərəcək. Oktyabrda tikintisinə başlanılacaq müasir binanın gələn ilin əvvəlinə hazır olması nəzərdə tutulur”, - səfirliyin məlumatında qeyd olunub.

 





16.09.2019    çap et  çap et