525.Az

Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatdı


 

Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatdı<b style="color:red"></b>

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 16-da başa çatıb.

APA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Vitse-prezident Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

 





17.09.2019    çap et  çap et