525.Az

Nazirliyin internet portalında yeni bölmə


 

Nazirliyin internet portalında yeni bölmə <b style="color:red"></b>

"Nazirliyin "e-sosial" internet portalında "Özünüməsğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat" altbölməsi yaradılıb. Proqram iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatların həmin altsistemə daxil edilməsinə başlanılıb".

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev deyib.

Onun sözlərinə görə, altbölmədə özünüməşğulluq proqramı iştirakçılarının hər biri ilə bağlı ayrıca kabinetlər yaradılıb:

"Portal nazirliyin rəsmi saytına inteqrasiya edilib. Kabinetlərdə bütün mərhələlər, biznes planın reallaşdırılması üçün bağlanmış müqavilə, aktivlərin verilməsinə dair akt, verilmiş aktivlərin sayı yerləşdirilir".

 





17.09.2019    çap et  çap et