525.Az

Nazir müavini: "Bu il 7 min ailə özünüməşğulluğa cəlb edilib"


 

Nazir müavini: "Bu il 7 min ailə özünüməşğulluğa cəlb edilib"<b style="color:red"></b>

Sentyabrın 17-də DOST agentliyində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev əhalinin özünüməşğulluq proqramı haqqında məlumat verib. Onun sölərinə görə, 2016-cı ildən özünüməşğulluq proqramı həyata keçirilir. Nazir müavini deytib ki, proqramın əhatə dairəsi 2017-ci illə müqayisədə 2018-ci ildə 6.5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib.

"2019-cu ildə 7 min ailə müraciət etsə də, ilin sonunadək bu sayın 3 min artırılaraq, 10 minə çatdırılması nəzərdə tutulur. Bu ilin 8 ayı ərzində artıq 4589 nəfər proqram çərçivəsində təlimlərə cəlb olunub. 2019-cu ildə proqrama qoşulanların təxminən 50%-i sosial təminata ehtiyacı olan şəxslərdir. Proqrama cəlb edilənlərin 84 faizə qədəri regionların payına düşür. Əsas prioritet istiqamət kənd təsərrüfatı və bağçılıqdır".

A.Əliyev bildirib ki, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İB ilə birgə icra olunan "Sosial bağlar" layihəsi çərçivəsində ötən il 125 ailə üçün müvafiq bağlar salınıb. Bu il daha 250 vətəndaş üçün sosial bağların salınması təmin ediləcək.

"Hazırda əhali tərəfindən meyvə qurudulması, kiçik yem istehsalı istiqamətində 350-dən çox müraciət var. Bu il həmin istiqamətdə özünüməşğulluq xidmətini nəzərdə tutmuşuq".

 





17.09.2019    çap et  çap et