525.Az

425 gəncin təhsil haqqı Gənclər Fondu tərəfindən ödəniləcək


 

425 gəncin təhsil haqqı Gənclər Fondu tərəfindən ödəniləcək<b style="color:red"></b>

Gənclər Fondu ölkə Prezidentinin müvafiq göstərişinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqənin nəticələrini açıqlayıb.

Gənclər Fondundan APA-ya verilən xəbərə görə, ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri (tam və ya qismən) Gənclər Fondu tərəfindən qarşılanacaq.

Xatırladaq ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə 2018-ci ildə keçirilmiş müsabiqə çərçivəsində 31 dövlət ali təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcu Gənclər Fondu tərəfindən qarşılanıb.

Bu il keçirilmiş müsabiqə zamanı ali təhsil müəssisələri ilə yanaşı, orta-ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənədlərini təqdim edib.

 





17.09.2019    çap et  çap et