525.Az

FETÖ-nün əsas fiqurlarından biri 15 il azadlıqdan məhrum edildi


 

FETÖ-nün əsas fiqurlarından biri 15 il azadlıqdan məhrum edildi<b style="color:red"></b>

Türkiyədə Hakimlər və Prokurorların Ali Şurasının (HSYK) sabiq baş katibi Mehmet Kayanın məhkəməsi keçirilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarı ilə M. Kaya 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M. Kaya 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhddə təqsirləndirilib. O, 2018-ci ilin fevral ayında saxlanılıb. M. Kaya FETÖ terror təşkilatının əsas fiqurlarından biri hesab olunur.

 





17.09.2019    çap et  çap et