525.Az

Ramin Quluzadə: "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib"


 

Ramin Quluzadə: "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib"<b style="color:red"></b>

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini beynəlxalq və regional təşkilatlarda dəstəkləyib.

APA-nın xəbərinə görə, bu sözləri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Əfqanıstanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.

"Biz Əfqanıstanın Azəbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Nazir bildirib ki, iki ölkə arasında əlaqələr qarşılıqlı faydalı əməkdaşlıq və qardaşlığa söykənir. Ramin Quluzadə son illər ərzində iki ölkə arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatıdırıb.

"2019-cu ilin yanvar-may ayları ərzində ticarət dövriyyəsi 47,8 milyon dollara çatıb. Və bu, ötən ilin eyni zaman aralığı ilə müqayisədə 15,02 faiz artım deməkdir", - deyə R.Quluzadə bildirib.

Nazir iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları, transport, sənaye və kənd təssərüfatı, enerji, neft, qaz və mədən sənayesi sahələrində böyük əməkdaşlıq potensialı var.

 





18.09.2019    çap et  çap et