525.Az

BMU-da “Təşəbbüskarlıq” seminarı


 

BMU-da “Təşəbbüskarlıq” seminarı <b style="color:red"></b>

Bakı Mühəndislik Universitetinin İnnovasiya mərkəzi və Texnoparkın təşkilatçılığı ilə “Təşəbbüskarlıq” seminarı keçirilib.

Universitetin akt zalında təşkil olunan tədbirdə universitetin Elmi işlər üzrə prorektoru Elçin Suleymanov çıxış edərək qloballaşan dünyada mühəndisliyin və innovativ ideyaların əhəmiyyətinin artdığını diqqətə çatdırıb. O, BMU Texnoparkında ideyaların startaplara çevirilməsi üçün hər cür şərait yaradıldığını da qeyd edib.

Sonra BMU İnnovasiyalar mərkəzinin müdiri Elçin Yusubov təşkil olunan seminarın mahiyyəti haqqında danışıb və qonaqları tədbir iştirakçılarına təqdim edib.

Daha sonra SS&Sons Engineering adlı Startup-ın "Avtomobillərin yan güzgülərin avtomatik test cihazı" adlı mövzusunda Pakistan İslam Respublikasının İqra Universitetinin məzunları Syed Abutalib Naqvi və Muhammad Shahmir ur Rahim çıxış ediblər. Bildiriblər ki, avtomobil sənayəsində yan güzgülərin istehsalı zamanı onun korreksiyası əl əməyindən istifadə etmək ilə həyata keçirilir. Bu da zaman itkisinə və pul itkisinə səbəb olur.

Gənc startapçıların təklif etdiyi həll bu problemi aradan qaldıraraq və digər analoji istehçıların qurğulurından ucuz və qısa zamanda korreksiya etməyə imkan verir. Güzgülər bu qurğuya yerləşdirərək ona bir neçə kabel qoşulur ve test başlanılır. Bundan sonra əgər yan güzgüdə hər hansı bir qüsur aşkar olunursa bu qurğunun ekranında görsənir. Qurğu səhvi aşkarladıqdan sonra onu korreksiya edir.

Startup-çılar iddia edirlər ki, qurğunun sayəsində insan əməyini azalacaq və məhsulun dəqiqliyi və səmərəliliyi artacaq.

İteraktiv keçən seminarda tələbələrin sualları cavablandırılıb və təkliflər səsləndirilib.

 





18.09.2019    çap et  çap et