525.Az

Azərbaycan və Tacikistan birgə aqrar müəssisələr yarada bilər


 

Azərbaycan və Tacikistan birgə aqrar müəssisələr yarada bilər<b style="color:red"></b>

Azərbaycan və Tacikistan aqrar sektor sahəsində birgə müəssisələrin yaradılması layihələri üzərində çalışırlar.

"APA-Economics"in məlumatına görə, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli Bakıda keçirilən Azərbaycan-Tacikistan aqrobiznes forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, sözügedən forumun Tacikistan mütəxəssislərinin Azərbaycanın aqrar sektorunda olan böyük təcrübəsini öyrənilməsi baxımından çox vacibdir.

Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyevin sözlərinə görə, hazırda tərəflər baxçılıq, heyvandarlıq, üzümçülük, istixanaların yaradılması sahələri üzrə birgə müəssisələrin yaradılması məsələsini nəzərdən keçirir.

 

 





18.09.2019    çap et  çap et