525.Az

Mərkəzi Elmi Kitabxanaya səfirlikdən yeni nəşr


 

Mərkəzi Elmi Kitabxanaya səfirlikdən yeni nəşr <b style="color:red"></b>

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Səfirliyi tərəfindən "İran - BƏƏ arasında Körfəz adaları mübahisəsi" adlı yeni kitab təqdim edilib.

Kitab beynəlxalq hüquq, tarix və siyasətə səyahət formatında hazırlanıb.

Kitabın müəllifləri adı çəkilmiş regiona aid geniş biliklərə malik təcrübəli beynəlxalq hüquqşünaslar - Şarl L.O.Buderi və Luçana T.Rikartdır. Kitabda 1971-ci ildən etibarən BƏƏ-nin Böyük Tunel, Kiçik Tunel və Abu Musa adlı üç adasının İran İslam Respublikası tərəfindən işğalına qarşı etirazı əks olunub. Kitabda həmçinin, BƏƏ-nin Birləşmiş Millətlər Təşkilatının üzvlərinin İrana göndərdiyi etiraz notaları və aldığı cavablar, o cümlədən, BMT-nin buna heç bir reaksiya verməməsi barədə məlumatlar yer alıb. Kitabın müəllifləri bu mübahisəni əsrlər öncə yaranmış münaqişənin nəticəsi kimi izah edir və diqqəti hüquqi tərəflərə yönəldirlər.

Kitabda oxuculara maraqlı ola biləcək bir çox bölmələr var. Həmin bölmələrdən biri Abu Musa adası haqqında 1971-ci il tarixli Anlaşma Memorandumu üzrə danışıqlara aiddir. Bu sənəd tərəflər arasında mübahisənin başlanğıcı kimi qəbul edilir. Kitabda Birləşmiş Krallığın (Böyük Britaniya) regiondan qüvvələrini çıxarmasının qaçılmaz olmasından yararlanmaq istəyən İranın və BƏƏ-nin, xüsusilə Şardja və Ras Al Xayma əmirliklərinin yaradılmasıyla regionda stabilliyi təmin etməyə çalışan, əmirlərə ağır qərarların qəbul edilməsini təlqin edərək İranla danışıqlar aparan Birləşmiş Krallığın mürəkkəb münasibətlərindən bəhs edilir. Bu kitabdan ən çox ərazi və beynəlxalq hüquq məsələləri ilə məşqul olan hüquqşünaslar, Körfəz regionunun siyasi tarixi və Britaniyanın müstəmləkə siyasəti ilə maraqlananlar yararlana bilərlər.

Kitab MEK-in Diplomatik Fondunda yerləşdirilib.

Şahanə MÜŞFİQ

 





18.09.2019    çap et  çap et