525.Az

2019-cu ildə özünüməşğulluq proqramına 10 min ailə cəlb ediləcək


 

2019-cu ildə özünüməşğulluq proqramına 10 min ailə cəlb ediləcək <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni addım kimi, nazirliyin "e-sosial" internet portalında "Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat" altbölməsi yaradılıb və proqramı iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatların həmin altsistemə daxil edilməsinə başlanılıb.

Keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırığına əsasən sosial sahədə aparılan islahatlar barədə məlumat verib. Nazir müavini vurğulayıb ki, bu islahatların mühüm istiqamətlərindən biri fəaliyyət sahələrində şəffaflığın təmin olunması, bu kontekstdə də fəaliyyət və xidmət sektorlarında ictimai açıqlığa, ictimai nəzarətə geniş şərait yaradılmasıdır. Azərbaycanda ilk sosial reyestr olan "e-sosial" internet portalında "Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat" altbölməsinin yaradılması da bu məqsədə yönələn addımlardan biridir.

Proqramın icrası işlərindən bəhs edən A.Əliyev diqqətə çatdırıb ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran vətəndaşların dövlətin mal və materiallar formasındsa aktiv dəstəyi ilə özünüməşğulluğunun və kiçik ailə təsərrüfatlarının yaradılmasının təmin edilməsinə, işsizlikdən kiçik biznesə çıxışının dstəklənməsinə xidmət edir. Proqramının əhatə dairəsi 2017-ci illə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. 2019-cu ildə isə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. Cari ilin 8 ayı ərzində artıq 4589 nəfər proqram çərçivəsində təlimlərə cəlb olunub və 3052 nəfər təlimləri bitirib. Proqrama cəlb edilənlərin 16,4 faizi Bakı və Sumqayıt şəhərlərinin, 83,6 faizi digər şəhər və rayonların payına düşür. Proqram iştirakçılarının 47 faizə qədərini sosial müdafiəyə xüsusi ehtiyacı olan həssas əhali qruplarına aid şəxslər təşkil edir. Bu ilin 8 ayında proqrama cəlb olunanlar sırasında həssas kateqoriyalardan olan şəxslər 2555 nəfərdir. (O cümlədən, əlilliyi olan şəxslər - 993 nəfər, ünvanlı sosial yardım alanlar-304 nəfər, məcburi köçkünlər - 712 nəfər, gənclər - 408 nəfər, şəhid ailəsi üzvləri - 138 nəfər və b.) Artıq bu ilin ötən dövründə 2500-ə yaxın iştirakçı aktivlərlə təmin edilib.

Nazir müavini bildirib ki, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İB ilə birgə icra olunan "Sosial Bağlar" layihəsi çərçivəsində 2018-ci ildə 125 ailə üçün intensiv meyvə bağları salınıbsa, cari ildə layihənin növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə bağlarının salınması işləri aparılır. Həmçinin, nazirlik ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihəsi çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək veriləcək.

A.Əliyev diqqətə çatdırıb ki, hər bir vətəndaşa onunla bağlı bütün sosial məlumatlara çıxış və eyni zamanda, yaranan sosial hüquqları müqabilində müvafiq dövlət xidmətlərindən faydalanmaq imkanı verən "e-sosial" internet portalı bundan sonra proqramı iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatlara da real vaxt rejimində çıxış, həmçinin, özünüməşğulluq proqramının icrasına geniş ictimai nəzarət imkanı verəcək.

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev "Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat" altbölməsi barədə təqdimatla çıxış edib.

Qeyd olunub ki, altbölmədə özünüməşğulluq proqramı iştirakçılarının hər biri ilə bağlı ayrıca kabinetlər yaradılıb. Portal nazirliyin rəsmi saytına (sosial.gov.az) da inteqrasiya edilib. Proqram iştirakçılarına dair kabinetlərdə hər bir iştirakçının proqrama cəlb edilməsindən sonrakı mərhələlər, biznes-planının reallaşdırılması üçün bağlanmış müqavilə, iştirakçıya aktivlərin təhvil verilməsinə dair Akt, verilmiş aktivlərin sayı və s. yerləşdirilir.

Beləliklə, özünüməşğulluq proqramının icrası, proqrama cəlb edilənlər, onların aktivlərlə təminatı barədə bütün məlumatların ictimai açıqlığının təmin edilməsi nəticədə həm proqramın icra vəziyyətinə, həm də iştirakçılara verilmiş aktivlərdən istifadə vəziyyətinə daimi ictimai nəzarətin də təmin edilməsinə, eləcə də hər hansı iştirakçıya aktivlərin verilməsi prosesi, bu aktivlərin kəmiyyəti, keyfiyyəti və s. ilə bağlı KİV-lər tərəfindən operativ və obyektiv araşdırmanın aparılmasına imkan yaradır.

S.QARAYEVA

 





18.09.2019    çap et  çap et