525.Az

"İrəli" üzvləri beynəlxalq layihədə


 

"İrəli" üzvləri beynəlxalq layihədə <b style="color:red"></b>

"İrəli” İctimai Birliyinin Türkiyənin “FuturEurope” təşkilatı ilə tərəfdaşlığı çərçivəsində birliyin 7 üzvü Türkiyənin Trabzon şəhərində keçirilən mübadilə proqramında iştirak edir.

Birlikdən verilən məlumata görə, layihənin mövzusu qadınlara qarşı zorakılıq, ölkələrdə bununla bağlı yaşanan problemlər və onların həlli yolunun tapılmasıdır.

Layihə çərçivəsində yerli nümayəndələr ilə görüşlər, müvafiq mövzuda seminarlar, diskusiyalar, ekskursiyalar təşkil olunub. İştirakçılar zorakılığa qarşı təbliğatyönümlü layihələr haqqında müzakirələr aparıb, bu mövzuda qısametrajlı filmlər hazırlayıblar.

“İrəli” gəncləri Azərbaycanın mədəniyyət gecəsində milli rəqslərimizi, mətbəximizi, mədəniyyətimizi təqdim etməklə yanaşı, layihə iştirakçılarına tariximizi əks etdirən suvinerlər də hədiyyə ediblər.

Mübadilə proqramında 5 ölkə - Azərbaycan, Türkiyə, Latviya, Gürcüstan və Portuqaliya iştirak edir.

Cavid QƏDİR

 





19.09.2019    çap et  çap et