525.Az

Səfir: "Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsi 5 milyard dollara çatdırılacaq"


 

Səfir: "Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsi 5 milyard dollara çatdırılacaq"<b style="color:red"></b>

Türkiyə ilə Azərbaycan arasında olan ticarət dövriyyəsinin tezliklə 5 mlrd. ABŞ dollarına çatdırılması planlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Onun sözlərinə görə, ötən il bu göstərici 3,4 mlrd. dollar təşkil edib və bu da əvvəlki illə müqayisədə 30% çoxdur. Buna baxmayaraq, məqsəd – tez bir zamanda ölkələr arasında ticarət dövriyyəsini 5 mlrd. dollara və bundan da artıq səviyyəyə çatdırmaqdır.

Səfir onu da qeyd edib ki, bu məqsədlərə nail olmaq və iqtisadi əlaqələrin daha da yüksək səviyyəyə çatdırmaq üçün investisiyaların artırılması gərəkdir.

 





19.09.2019    çap et  çap et