525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

Elə adamlar var ki, həmişə xoş təbəssümlə xatırlanacaqlar. Böyük savabdır - dünyanı dəyişəndən sonra da saf, səmimi, işıqlı qayıdırsan tanıyanların üzünə: Oqtay Rza kimi.

Ruhu şad olsun!

***

Görünür, dünyanı yenə su basacaq.

***

Qaranlığın içindən birdən bir işıqlı, doğma sima görünür.

***

Əksəriyyət küyə gedir.

Elə küydür ki, anlayan da axından çıxa bilmir.

***

Mərhum yazıçı-publisist Vidadi Məmmədovun güclü yumor hissi varmış. Gənc yazarları belə çeşidləyərmiş: filankəsin istedadı var, qanacağı yoxdur, filankəsin qanacağı var, istedadı yoxdur, filankəsin isə nə istedadı var, nə də qanacağı! :)

Bunu deyirmiş və adlarını da çəkirmiş...

***

Təbrik edənlərin hamısına təşəkkürümü çatdırır, mədhiyyələrin çoxluğundan qıcıqlananlara və yorulanlara üzrxahlığımı bildirirəm. :)

"Günah" tək məndə deyil! )

Var olun!

***

Adi insan olmaq hissi... rahatlıq yaradır.

***

Bəhsəbəs rəqabətin içindədir və onun pis tərəfidir.

***

Bütün hallarda dava yorğan davasıdır.

***

Baxır cümləni necə uzadırsan.

***

Az özünüzdən qəhrəman düzəldin!

***

Nankorluq və ədalətsizlik həvəsdən salır.

***

Sosial şəbəkə dostlarına etibar yoxdur. Onlara arxayın olan tək qalar.

***

Feysbuk "düşük" sözünü də aktuallaşdırıb.

***

"Fillər mənim dostumdur" filmi də vardı...

***

Cəsarət olmayanda fərqli, böyük sənət əsəri yaranmır.

***

Zaman gələcək, özü olanları çıraqla axtaracaqlar.

***

Hərdən elə bil, Allah qəsdən adamın gözlərini yumur və... cəzalandırır.

***

Heç banlamağın vaxtıdır?!

***

Quran da deyir, israfçılıq haramdır.

***

Bütün tətillər bitir.

***

Dünya tək bizim yaddaşımızdan ibarət deyil ki!

***

"Modern.az" saytının yaranması, atdığı ilk addımlar mənim gözlərim önündə baş verib. Mənim iş otağımı saytın yerləşdiyi otaqdan bir divar ayırırdı. Bu mənada demək olar ki, "Modern.az"ın həniri, necə deyərlər, kürəyimdə olub.

On il bundan qabaq "Modern.az" fəaliyyətə başlayanda "525-ci qəzet"in ofisində yerləşirdi. Saytın azsaylı, amma həvəsli, aşıb-daşan, qaynayan jurnalist kollektivi üçün bir otaq ayırmışdıq. Onlar daim xəbər axtaran, yeni medianın sırasına qoşulmaq istəyən cəfakeşlər idilər. Mənim əziz dostum Elşad Eyvazlının rəhbərlik etdiyi "Modern.az" peşəkar redaktor Əfqan Qafarlının da əziyyəti sayəsində bu gün oxunaqlı saytlardan birinə çevrilib.

"Modern.az" çətin günlərdə əzmkarlıq nümayiş etdirərək bugünkü səviyyəyə gəlib çatıb. Bir çox saytlardan fərqli olaraq "Modern.az" bu səviyyəyə addım-addım irəliləyərək, oxucuların etimadını, etibarını qazanaraq yüksəlib, ucuz və asan reytinq ardınca qaçmayıb, təmkinli və ciddi mətbuat orqanına çevrilib.

10 yaşlı "Modern.az"...

Həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm, ona görə ki, bir zamanlar fəaliyyətə başlayanda nələrin baş verəcəyindən, qarşıda onları nələrin gözlədiyindən xəbərsiz olan "Modern.az"ın bu gün artıq böyük ordu hesab edilən oxucuları var. Kədərlənməyimin səbəbi isə illərin belə sürətlə ötüb keçməsidir.

"Modern.az"ın rəhbəri, əziz Elşad Eyvazlını və saytın bütün kollektivini ürəkdən təbrik edirəm. Siz lazım olanı edibsiniz. Media yenilikçi olmağı tələb edir ki, bunu da "Modern.az" layiqincə bacarır. "Modern.az" bu 10 ilin sınağından alnıaçıq çıxıb, peşəkarlıq nümayiş etdirərək yüksək səviyyəli işlər ortaya qoyub.

10 yaşınız mübarək!

***

Türkan Turan, məncə, sən klinika aç! Eşq acısı çəkənləri müalicə et!  - kitabınla, sözlərinlə, yazılarınla, təcrübənlə... Əmin ol, pasient sarıdan korluq çəkməyəcəksən. )

***

Adamlar var ki, düşüncə tərzi səhvdir. Belə adamların fikirlərinin ictimailəşməsinə Markın verdiyi imkanı tarixdə heç bir redaktor yaratmayıb!..

***

Bir məmur şəhid ailəsinə elədiyi yaxşılığın mediada reklamına razı olursa, deməli, niyyəti xeyirxah və səmimi deyil.

***

Yazdığı cümlədə "da", "də"nin şəkilçi, yoxsa ədat olduğunu bilməyənləri dostluqdan çıxaracam.

***

Ənciri kim yaxşı vəsf edər?

***

Bu niyə əlini cibindən çıxartmasın ki?!

***

Əvvəl yas mərasimlərindən çəngəl-bıçaq-boşqab şıqqıltısını, israflı ehsanı, plovu yığışdırmaq, məzar yerləri və qəbirüstü abidələri nizama salmaq lazımdır. Qanunun gücü, möhkəm iradə və müdrik nümunə burada göstərilməlidir. Başsağlığı sonrakı məsələdir.

Camaat ölməyə də qorxur!

***

Toy müğənnisinin ahı:

"Sentyabrda (Məhərrəmlikdə) neyləyəcəyik ə?!"

***

Onların pulu çoxdur də...

***

Adamdan bir dəfə sındınsa, çatlaq yeri qalacaq həmişə...

***

“Yahoo” çöküb, yoxsa tək mənim elektron ünvanım?! :)

***

Bu gül çələnglərinə verdiyinizi sağlığında şairin özünə verəydiniz də...

***

İnsanlar bir gün xəbərdən bezəcəklər. Xəbərsiz dünya arzulayacaqlar!..

***

Xəyanət daha çox qadın xislətinə xas bir şeydir!

***

Heç kimin, heç nəyin qarşısında öhdəliyinin olmaması böyük sərvətdir.

***

Hər şey gəlib pula dirənir.

***

"Qarabağ"ın futbolçuları xofu sındıra bilmirlər. Komandada özünəinam zəifdir. Hamımıza xas bir şey...

***

Professor Niyazi Mehdi "Altay və Umay" adlı melodram yazıb, dostlarının sirlərini, zəifliklərini, sevgi macəralarını faş edib, açıb töküb. ) Rahat oxunan romanda tanıdığınız məşhurları başqa yöndən, başqa qiyafədə görəcəksiniz. Professor öz intellektual bilgilərini, fəlsəfi baxışlarını obrazların dialoqlarına, düşüncələrinə rahat verə, həzm etdirə bilib.

Kitabı "Qanun" çap edib, "Əli və Nino"dan tapa bilərsiniz.

İntriqa da var, sevgi macərası, itirmək qorxusu, vulqar söhbətlər, seks səhnələri, intellektual bilgilər də... Və qəfildən İŞİD düşərgəsi, əsirlik, Qadın fədakarlığı, xoşbəxtliklə bitən müasir sevgi dastanı, nikbin sonluq...

Həftə sonu, sərin havada yaxşı mütaliə fürsətidir.

***

Hanı bəs payız?! Bu ki qışdır.

***

Bağışla məni, başın açılanda...

***

Etinasızlığı bəyənmirəm.

***

Qudurğanlıq pis şeydir. Çarəsi çətindir.

***

Hər media orqanı öz rəhbərinə oxşayır.

***

Sınmış və məğlub adamlar düşərgəsi...

***

Adını eşitmədiyimiz deputatlar da varmış...

***

Saqqal daraqları çoxalıb indi...

***

İnternet hər yanda varsa, sən hara qaçacaqsan?!

***

Yəqin məsciddədir, namazdadır...

***

Həm Aşura, həm hava şəhərə mistik, sakit bir aura gətirib...

***

"Qanun" Nəşriyyatı son aylarda Əli Kərimin, Əli Əmirlinin, İlham Qəhrəmanın, Aygülün, Türkan Turanın və mənim kitabımı nəşr etdi. İsi Məlikzadənin kitabı çap prosesindədir. Başqa kitablar da çap növbəsini gözləyir. Gördüyü lazımlı və vacib işlərə görə Şahbaz Xuduoğluya və nəşriyyatın kollektivinə təşəkkürümü bildirirəm. İmza günlərində görüşərik.

***

Beynəlxalq Milçə toxuma günüymüş. TV-də mövzunu gündəmə çıxarıblar. Sual da veriblər: "Kim kimin başına corab hörür?" )

***

Yarıqaranlıqdan gələn salamı aldım, 1989-cu ilə düşdüm...

***

Aqil Abbas yenə Ağdam ağrısını, dözülməz kədəri, dayanılmaz itkini incə yumora bələyib, koloritli hekayəyə çevirib. Əvvəl adamın "başını bişirib" xoş zarafatla dolu qayğısız keçmişə aparır, nostalji oyadır, qüssələndirir, hüznləndirir... Sonda da ağır bir zərbəylə silkələyib məyusluq girdabına atır, düşünməyə vadar edir... "Yaşamağa" imkan vermir! (

***

Yaddaşa yazma, unut!..

***

Nəsimi yıxa-yıxa gedir! )

***

Rahat nəfəs! Sevinc mənbəyi!

Bakı Kitab Mərkəzinin birilliyinə həsr olunmuş tədbirdə aparıcılar - Nərgiz Cəlilova və Emin Musəvi belə bir sual verdilər: "İki kəlməylə, bir statusla bu məkanı necə qiymətləndirərsiz?"

Mənim ağlıma yuxarıdakı fikirlər gəldi. Bu sevinci, bu rahatlığı yaradanlara və bir ildir, yaşadanlara təşəkkürlər!

Günel Anarqızına ürəkdən təbriklər!

 





19.09.2019    çap et  çap et