525.Az

Azərbaycanlılar Türkiyədən kütləvi şəkildə deportasiya edilir? - Rəsmi cavab


 

Azərbaycanlılar Türkiyədən kütləvi şəkildə deportasiya edilir? - <b style="color:red">Rəsmi cavab </b>

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi halda deportasiyasına başlandığı barədə bu gün bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib.

Səfir APA-ya açıqlamasında deyib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

E. Özoral nəzərə çatdırıb ki, Türkiyədə yaşayan azərbaycanlıların problemləri iki gün əvvəl Bakıda Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay və Azərbaycan Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə keçirilən Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması qərara alınıb.

 





20.09.2019    çap et  çap et