525.Az

Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilindi


 

Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilindi<b style="color:red"></b>

Bu il Nobel mükafatı laureatlarının adları 7-14 oktyabr aralığında elan olunacaq.

APA-nın Nobel Komitəsinə istinadən verdiyi xəbərə görə, Nobel həftəsi oktyabrın 7-də Tibb və ya psixologiya sahəsində Nobel mükafatının qalibinin elan edilməsi ilə başlayacaq.

Oktyabrın 8-də Fizika üzrə Nobel mükafatı, oktyabrın 9-da isə Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq. 

Oktyabrın 10-da 2018 və 2019-cu illər üçün Ədəbiyyat üzrə Nobel mükafatçılarının adları məlum olacaq.

Oktyabrın 10-da Sülh üzrə, oktyabrın 14-də isə İqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

Qeyd edək ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi elan edilməyib.

 





20.09.2019    çap et  çap et