525.Az

Çingiz Abdullayev: “Sosial şəbəkələrdə Azərbaycan dilində söyüş söyənlər blok olunmalıdır”


 

Çingiz Abdullayev: “Sosial şəbəkələrdə Azərbaycan dilində söyüş söyənlər blok olunmalıdır”<b style="color:red"></b>

“Mən internetdən çox istifadə edirəm”.

APA-nın məlumatına görə, bunu Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masada çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev deyib.

O bildirib ki, ingilis dilində təhqir mənalı hər hansı bir söz sosial şəbəkədə yazılırsa, həmin profil 1-3 ay müddətinə blok olunur:

“Bu qayda rus dilində təhqir yazan sosial şəbəkə istifadəçilərinə də tətbiq olunur. Görünür, Azərbaycan dilində olan təhqir sözləri isə nə Mark Zukkerbergə, nə də digərlərinə hələ də çatıb. Mən təklif edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan dilində söyüş söyənlərin blok olunması üçün müvafiq bir qrup yaradılsın. Azərbaycan dilində söyüş söyən istifadəçilər blok olunmalıdır”.

Ç. Abdullayev deyib ki, bu gün Azərbaycanda dünyadan köçən bütün xalq şairləri və xalq yazıçıları söyülüb təhqir olunur:

“Səməd Vurğundan tutmuş Mikayıl Müşfiqə qədər. Sonda Azərbaycan Yazıçılar Birliyi ədibləri söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul etdi”.

 





20.09.2019    çap et  çap et