525.Az

Nəsiman Yaqublu Beynəlxalq Prometey konfransında


 

Nəsiman Yaqublu Beynəlxalq Prometey konfransında <b style="color:red"></b>

Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nəsiman Yaqublu Polşanın paytaxtı Varşavada keçirilən XV Beynəlxalq Prometey Konfransında iştirak edərək “Azərbaycanda yaşamış polyakların fəaliyyəti ilə bağlı maraqlı məruzə edib.

O, eyni zamanda, rus və ingilis dillərində nəşr edilmiş “Azərbaycanda yaşamış polyakların fəaliyyəti” kitabını da polyak alimlərinə təqdim edib.

N.Yaqublu müəllifi olduğu olduğu kitabın Varşava Dövlət Universitetininvə Krakov Universitetinin kitabxanalarınnın ümumi kataloqlarına daxil etdirib.

Bundan sonra polyak oxucuları XX əsrin əvvəllərində yaşamış polyaklar haqqında geniş məlumatlar edəcəklər.     

N.Yaqublunun konfransdakı məruzəsinin Varşavada nəşr edilən “Yeni Prometey” jurnalında da məqalə olaraq çap olunması qərara alınıb.

Konfrans Varşava  Dövlət Universitetinin  Şərqi Avropa İnstitutunun təşkilatçılığı ilə keçirilib.

Konfransda dünyanın müxtəlif ölkələrindən alimlər (Polşadan Yan Malitski, Rusiyadan professor Salavat İshakov, Ukraynadan Valentina Piskun və başqaları) iştirak edib.

 





20.09.2019    çap et  çap et