525.Az

Rektor: "Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır"


 

Rektor: "Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır"<b style="color:red"></b>

"Kölgə iqtisadiyyatı problemi paradoksal səslənsə də, bütövlükdə təhsil sisteminin məhsulu olan mütəxəssislər tərəfindən yaradılıb və eləcə də təhsil sisteminin məhsulu olan mütəxəsisslər tərəfindən həmin problem həll edilməyə çalışılır. Bu faktın özü təhsildə ziddiyətin olduğunu bir daha təsdiqləyir və göstərir ki, təhsil sistemi öz məzunlarına bilikdən başqa digər vacib keyfiyyətlərin də, mən deyərdim dəyərlərin aşılanmasında hələ də zəifdir".

Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professsor Ədalət Muradov deyib.

Onun sözlərinə görə, Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır:

"Əminəm ki, siz mənimlə razılaşacaqsınız. Bu, təhsildə dəyər məsələsidir. Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalı və onu təmin etmək yollarına daha çox diqqət ayırmalıdırlar. Bəllidir ki, dəyərlərin güclə bərqərar edilməsi həmişə uğursuzluqla nəticələnir. İcazə verin Amazon şirkətinin rəhbəri Cef Bezosun 2010-cu ildə Prinstonda etdiyi çıxışdan bir tezislə öz çıxışımı tamamlayım. Onun çıxışı belə adlanır: "Bizi biz edən - seçimlərimizdir". Bezos çıxışını qəmli hekayə ilə başlayır. Bezos 10 yaşında baba və nənəsilə səyahətə çıxır. O hesablayır ki, 2 dəqiqə siqaret çəkməsi nənəsinin ömrünü 9 il azaldır. Bu haqda o, nənəsinə deyəndə, nənəsi ağlayır. Babası maşını saxlayır və balaca Bezosa yumşaq formada deyir: "Nə vaxtsa sən başa düşəcəksən ki, xeyirxah olmaq ağıllı olmaqdan çətindir". Bu hadisəni danışan Bezos deyir: "Ağıl - istedaddır, xeyirxahlıq isə seçimdir. İstedadla bağlı hər şey bəllidir və sadədir, o, bizə verilib. Seçim isə çox çətin ola bilər".
 
Rektor qeyd edib ki, əminik ki, universitetlər bu əsas fərqi mənimsəməkdə öz tələbələrinə yardım etməlidirlər və onları həvəsləndirməlidirlər ki, tələbələr heç olmasa hərdən ağlı yox, xeyirxahlığı seçsinlər:

"Düşünürəm ki, bu gün bu əsas vəzifədir".

Sevinc QARAYEVA

 





20.09.2019    çap et  çap et