525.Az

Səlahəddin Dəmirtaşın 4 il 8 aylıq həbsinə qərar verildi


 

Səlahəddin Dəmirtaşın 4 il 8 aylıq həbsinə qərar verildi<b style="color:red"></b>

Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəttin Dəmirtaş 26 saylı İstanbul Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə həbsdə olduğu 25 ay da daxil olmaqla 4 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

APA-nin yerli bürosunun xəbərinə görə, HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ 6-7 oktyabr 2014-cü ildə “Ayn əl-Arab” nümayişlərində təxribat törətməkdə ittiham olunur.

Qeyd edək ki, “Ayn əl-Arab” (Kobani) hadisələri zamanı iki polis də daxil olmaqla Diyarbəkirdə 31 nəfər ölüb, 460 insan yaralanıb. HDP həmsədrlərinin isə Ankarada istintaqı zamanı onun siyasətçi davranışına uyğun olmayan bəyanatları, küçə çağırışlari ilə terrorçulara dəstək verdiyi məlum olub.

 





21.09.2019    çap et  çap et