525.Az

Milli Kitabxanada "Əsrin müqaviləsi - 25" sərgisi


 

Milli Kitabxanada "Əsrin müqaviləsi - 25" sərgisi <b style="color:red"></b>

Sentyabrın 20-də Milli Kitabxanada "Əsrin müqaviləsi - 25" adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə Ümummilli lider Heydər Əliyevin "Əsrin müqaviləsi"nin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində gördüyü işlərdən, müqavilənin tarixi əhəmiyyətindən, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzundan, neft sənayesinin inkişafından bəhs edən Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 





22.09.2019    çap et  çap et