525.Az

Kənd təsərrüfatına 536 milyon manatdan çox subsidiya ayrılıb


 

Kənd təsərrüfatına 536 milyon manatdan çox subsidiya ayrılıb<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyevin «Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında» 23 yanvar 2007-ci il tarixli sərəncamının icrası ilə bağlı istehsalçılara subsidiyalar verilir.

Kənd Təsərrüfatı Nazirliyindən 525.az-a verilən məlumata görə, əkin sahələri və çoxillik əkmələrin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrin güzəştli qiymətlərlə satılmasına, toxum və ting istehsalçılarına 1-ci və 2-ci reproduksiyalı toxum və ting satışına, elmi-tədqiqat təşkilatlarına orijinal, superelit və elit toxumlarına çəkilən xərclərin ödənilməsinə 2007-2011-ci illər və 2012-ci ilin 9 ayı ərzində 536.700.000 manat subsidiya verilib.

BƏXTİYAR

 





11.10.2012    çap et  çap et