525.Az

Kliçko 2 milyon dollara restoranda döyüşməyə razılıq verib


 

Kliçko 2 milyon dollara restoranda döyüşməyə razılıq verib<b style="color:red"></b>

“Ukraynanın paytaxtı Kiyevin meri, peşəkar boks üzrə ağır çəkidə sabiq dünya çempionu Vitali Kliçko qeyri-adi təkliflə üzləşib.

APA-nın məlumatına görə, ona restoranda döyüşmək təklif olunub.

Bunu V.Kliçkonun özü açıqlayıb: “Bir neçə gün öncə restoranlardan birinə getdim. Orda artıq şən vəziyyətdə olan bir dəstə əyləşmişdi. Onlardan biri durub mənə dedi ki, sən Kliçkosan. Döyüşlərini görmüşəm. Amma deyə bilərəm ki, sənlə döyüşməyə hazıram. Mən əminəm ki, sənə qalib gələ bilərəm”.

Lakin sabiq dünya çempionu vəziyyətdən çıxış yolu tapıb: “Ona necə cavab verəcəyimi düşündüm və dedim ki, axı mən peşəkaram. Peşəkar yalnız pula görə döyüşür. Pulsuz döyüşmək mənim qaydalarımda yoxdur. Mən çox bahalıyam. Əgər 2 milyon dollar toplaya bilsən, ola bilər ki, səninlə qarşılaşaq. O, bundan sonra imtina etdi. Yəqin Kliçko ilə döyüşmək üçün bu qədər pulu haradan tapacağını düşünüb”.

 





23.09.2019    çap et  çap et