525.Az

Məmmədyarov və Mnatsakanyan arasında görüş keçirildi


 

Məmmədyarov və Mnatsakanyan arasında görüş keçirildi <b style="color:red"></b>

Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva "Twitter" səhifəsində məlumat yayıb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak ediblər.

 





24.09.2019    çap et  çap et