525.Az

Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası - Telman Orucov


 

Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası - <b style="color:red">Telman Orucov </b>

(Əvvəli ötən şənbə sayımızda)

Xəbər gətirən dedi:

"Onlar onun cəsədini götürdülər. Qiymətli cəsədini palçıqdan qaldırdılar, onun xeyli yarası var idi və bədənindən qan axırdı. Onlar onu Londona, kraliçaya göndərdilər. İngilis kraliçası Katerina demişdi ki, o, qənimət kimi kralın cəsədini istəyir. Onun paltarlarını soyundurdular, ölü dilənçi kimi o, ayaqyalın idi. Müharibə çirki kimi onu sürüyürdülər və onun cəsədini sonra arabaya qoydular. İngilis kraliçası onun ölü cəsədini qənimət kimi istəmişdi və indi bu qənimətə artıq malikdir".

Kraliça Katerinaya həlak olmuş Şotlandiya kralı Ceymsin paltarlarını gətirdilər. O, hirslə demişdi ki, kralın başının gətirilməsi göstərişini vermişdi, əvəzində isə onun paltarlarını gətiriblər. Katerina IV Ceymsin qanlı köynəyini  Fransada olan ərinə göndərdi.

Şotlandiya üzəridəki qələbə xəbəri barədə Katerinanın məktubunu Fransada olan kral ikili hisslə qarşıladı. Birincisi, onun tacı xilas olunmuşdu, buna sevinirdi, ikincisi isə Katerina köhnə düşmən üzərində qəti qələbə çalmışdı, onun özünün nail olduqları isə elə bir təsir bağışlamırdı və Şotlandiya üzərindəki qələbə ilə müqayisədə xeyli kiçik görünürdü, bu isə onda qısqanclıq yaratmaya bilməzdi.

IV Ceyms (1473-1513-cü illər) 1488-1513-cü illərdə Şotlandiya kralı olmuşdu. O, özündən əvvəlki kral III Ceymsin oğlu idi. 1503-cü ildə İngiltərə kralı VII Henrinin qızı Marqaretə evlənmişdi, bu ittifaq Styuart sülaləsinin üzvünü ingilis taxt-tacına gətirib çıxarmışdı.

IV Ceyms VIII Henri ilə mübahisədən sonra ordu toplayıb, İngiltərəyə müdaxilə etmişdi, bu vaxt məğlub olmuş və Flodden təpəsində 9 sentyabr 1513-cü ildə öldürmüşdü.

Marqaret heç vaxt Katerinanı buna görə bağışlamayacaqdı, bu dəhşətli hadisəni heç vaxt unutmayacaqdı.

Fransada da Harri döyüşü udmuşdu, buna cavab olaraq Katerina ona yazırdı ki, onun özünün zəfəri kimi, o da döyüşdə qalib gəlmişdir. Əslində, Katerinanın qələbəsi kral Henrininkindən daha əhəmiyyətli və böyük idi. Kraliça lovğalanırdı ki, o istəyirmiş ki, Marqaretin ərinin kəsilmiş başını Henriyə göndərsin, lakin onun ingilis məsləhətçiləri bu hərəkətin qarşısını almışdılar. O, Ceymsin beyninə duz doldurub, hədiyyə kimi ərinə göndərmək istəyirmiş. Deyəsən, bu qadın qədim misirlilərin faraonların cəsədinin mumiyalaşdırılması texnologiyası ilə səthi də olsa, tanış imiş.

Katerina Marqaretə görə daha artıq barbar idi, barbardan da pis idi. Bu, onun yeznəsinin cəsədi idi, kralın müqəddəs cəsədi idi. Marqaret artıq bir dul qadın kimi qalmışdı. Yalnız qəddar adam kralın meyitini öz xalqına göndərməz ki, ona layiq olduğu şərəfli bir matəm keçirilsin. Yalnız vəhşi heyvan ovunu yeyir. Katerina artıq Marqaret üçün bacı deyildi. Ölü cəsədini parçalayan bir monstr idi. O, onun vaxtilə qardaşı olan bir adamı və onun arvadı olan bu quzğunu nə vaxtsa görəcəkdir. Əgər Marqaret kraliça olsa və onun oğlu taxt-tacı əldə etsə, güman ki, o, yenə də onların dəstəyinə və köməyinə ehtiyac duyacaqdır. Əri ona məhz belə göstəriş vermişdi: "Böyük qadın ol və heç də ağılsız qız olma". Katerina isə onun qardaşının ölüm yatağından kənarda oturub, bacısının, baldızının ərinin öldürülməsinə göstəriş vermişdi. Marqaret ona nifrət edirdi.

Tomas Hauard əvvəllər Marqaretin böyük dostu olsa da, indi onun ölümcül düşməni idi, onun yazıq ölkəsinə müdaxilə etməklə qələbə çalmışdı. Onlar Hauardın qalib ordusunun qarşısını necə kəsəcəkdilər, o, Liplisqoudakı kraliça sarayına da yürüş edə bilərdi. Tomas Hauard həm də şotland ənənələrini yaxşı bilirdi, bacardığı qədər tez gələ bilərdi ki, onun kiçik şotland kralını hələ tac qoyulmamışdan əvvəl anasının əlindən alsın.

Nəhayət, Marqaretin dəstəsi Stirlinqə çatdı, burada otu və suyu olan at damı onları gözləyirdi. Şəhərdə komendant saatı qoyulmuşdu və şəhər qapıları bağlanmışdı. Barabançılar kralı salamlamaq marşını səsləndirdilər. Qapılar açıldı və onlar atlarını içəri sürdülər. Marqaret jestlə məğlubiyyəti və Ceymsin həlak olmasını adamlara bildirdi. "Bu, sizin kralınızdır" deyə kiçik oğlan uşağını onlara göstərdi. Körpə isə mühafizəçinin qolları üstündə yatırdı. "Kral V Ceyms".

Hər bir kəs Marqaretə baxırdı, lakin o, heç nə deyə bilmirdi. O, elan etdi ki, "Məğlubiyyət ümidsizlik demək deyildir, ölüm hər şeyin sonu demək deyildir. Şotlandiya böyük gələcəyə malikdir. Bu, həqiqət olmaya bilər. Biz ümidsizləşmişik, bu, hər şeyin sonu deməkdir və mən gələcəyi necə qurmaq olduğunu bilmirəm. Kral ölmüşdür. Allah kralı hifz etsin".

Onlar Şotlandiyanın nə vaxtsa malik olduğu ən böyük döyüşçü krallardan birini itirmişdilər.  

1513-cü ilin payızı 

Marqaret Stirlinq qəsrindən böyük lordların ailələrinə dəvətnamə göndərdi ki, onlar Ceymsin taclanmasına gəlsinlər.  Onların yarısı artıq həyatda yox idi. Bütöv krallıqda yalnız 15 lord sağ qalmışdı. Şotlandlar ölkə əhalisinin yarısını itirmişdilər.

Bu körpənin yalnız 2 yaşı var idi.Lakin tale Marqaretin oğlu Ceymsin üzərinə ağır əlini qoymuşdu. Adamlar sakitcə deyirdilər: "Allaş kralı hifz etsin". Atası haqqında isə deyirdilər ki, "Allah ona mərhəmət göstərəcəkdir, onu öz səltənətinə aparacaqdır". Kiçik uşağın üzərinə ağır yük qoyulsa da, Marqaretin əri Ceyms ölü kral idi və onun cəsədi oğurlanıb, çox uzaqlara aparılmışdı.

Marqaret dişini dişinə sıxıb, iki vərəq kağızda Katerinaya - İngiltərənin regentinə və onun bədbəxtliyinin yeganə müəllifinə məktub yazdı. Marqaret ona nifrət edirdi, onu öz qardaşı Arturun ölümünə görə təqsirkar hesab edirdi. Marqaret inanırdı ki, Katerina onun atasını da şirnikləndirmişdi ki, ona ərə getsin. İndi isə o, qızın kiçik qardaşı olan kralı əsir götürmüşdü və onu öz doğma bacısının əleyhinə hərəkətə sövq edirdi. Marqaret onu İngiltərə və Fransa arasındakı, İngiltərə ilə Şotlandiya arasındakı müharibələrə görə və hər şeydən əvvəl öz ərinin ölümünə görə təqsirləndirirdi. O, Marqaretin dinc həyatının və ölkəsinin düşməni idi.

Katerina isə Marqaretə yazırdı ki, "İngiltərəyə göndərilən cəsəd kralınkı deyildir". Marqaretin xahiş barədəki məktubu ümidsizlikdən xəbər verirdi. Şotlandiyanın yeni kralı V Ceyms öz ölkəsində anası ilə birlikdə qalacaqdı, atasının meyiti oğurlansa da, onun oğlunu ələ keçirə bilməyəcəkdilər. Krallığı bir yerdə saxlayan Ceymssiz ölkə lord ərazilərinə və tayfa torpaqlarına parçalanacaqdı, onlar bir-birinə təhlükə nişanəsi olacaqdı.

Marqaret haqqında kraliça kimi düşünməsələr də, o, toxunulmaz ingilis printsessası idi. O, beşikdə uşaqları olan və körpələri bətnində olan çox sayda şotland dul qadınlarından biri idi və heç bir ər gəlib, onlara bir daha kömək etməyəcəkdi.  

1513-cü ilin Milad bayramı 

Milad bayramını Marqaret Stirlinq qəsrində sakit keçirdi, onun bayram təntənəsi keçirməyə və rəqs təşkil etməyə pulu yox idi. Çox sayda şotland öz itkilərinə görə təhlükəli qonşuları olan ingilisləri heç vaxt bağışlamayacaqdı. Keşiş Marqaretə gəlinlərindən başsağlığı gətirdi, elə bil ki, bütün bu narahatlıqları o, özü yaratmamışdır. Marqaret isə təhlükəli krallıqda kiçik oğlu ilə birlikdə tək idi, onun bir qəpik də pulu olmadığından və ürəyindən yara aldığına görə bütün günahı öz gəlinlərində görürdü. İngiltərədə isə belə şayiə gəzirdi ki, şotland kralı sağdır. Kraliça bunu bilməli idi, axı o, öz ərinə vəd etmişdi ki, həqiqəti hökmən açacaqdır. Katerina Marqaretin ərini və Şotlandiya kübarlığının yarısını öldürtmüşdü. Kral, həqiqətən də, ölmüşdü.  

1514-cü ilin yazı 

Stirlinq qəsrində yaşayan Marqaret qardaşı Harriyə, kral Fransadan qayıtdıqdan sonra yazmışdı ki, o, öz arvadı Katerinanın kralı öldürtdüyünü və onun cəsədini oğurladığını bilsin. Allah onun vəhşiliyini, görən, necə bağışlaya bilər. Qardaşı qatildən daha çox dul qadını sevməlidirmi? Marqaretin əri arvadını regent təyin etmişdi və ona demişdi ki, sən Şotlandiyanı tək idarə edəcəksən. O, bir il ərzində ərə gedə bilməzdi. Fransa kralı da yenicə arvadını itirmişdi. Marqaret yenidən ərə getməyini gözləməli idi.

Bacısı Meri kastiliyalı Karla ərə getsəydi, o, özü fransalı Luiyə ərə gedə bilərdi. Bu, baş versə, o, daha böyük kraliça olacaqdı. Həm də əgər o, Fransa kraliçası olsa, Katerinaya bərabər olacaqdı.

Dağlılar (şotlandlar, adətən belə adlanırlar, dünyada onlardan başqa yalnız Şimali Qafqazlılar dağlılar adlanırlar. Dağlarda yaşayan xalqlar isə həddən artıq çoxdur) öz qidalarını xəncərlə kəsir və  bıçaqları ilə yeyirdilər. Bu adamlar vəhşiliyin və mədəniliyin qarışığı idi.

Tezliklə Marqaretə evlənmək təklifləri gəldi. O, bir daha qənimət kimi udulmalı idi, printsessa olduğundan, özü ərini seçməli idi. Katerina İngiltərə tacını daşıya bilərdi, lakin onun beşikdə heç bir körpəsi yox idi, Marqaretin isə iki uşağı var idi. O, Müqəddəs Roma imperatoru I Maksimilianı və ya Fransa kralını seçməkdə tam aciz idi. Onun ambitsiyası da yüksəlirdi. Onun öz ölkəsi Şotlandiya üçün ən yaxşısı özünün İngiltərədəki evi və öz gələcəyi idi.

O, kimi seçsəydi, ölənə qədər onunla yaşamalı idi, boşanma perspektivi heç də ağılabatan deyildi. Axı o, uşaq da doğa bilərdi. Harri düşünürdü ki, imperatorla ittifaq daha yaxşı olardı. Katerina da ona yazırdı ki, mənim dayım (əslində, xalasının ərinin atası, V Karlın babası) I Maksimilian səni təhlükəsiz və varlı saxlayacaqdır. Ümid edirəm ki, sən Fransa barədə fikirləşməyəcəksən.

Həqiqətən də, Marqaret böyük ər istəyirdi, yataqda tək yatmaqdan onun zəhləsi gedirdi. O, həqiqətən də, fransalı Luiyə ərə gedə bilməzdi. O da təqribən İ Maksimilian yaşda idi. Həm də o, monstr idi. Bu vaxt iki şərdən birini seçmək lazım idi.  

1514-cü ilin yayı 

Mestven qəsrində Arçibald Duqlas Marqaretə deyirdi ki,"Sən heç vaxt ərə getməməlisən". Marqaret isə bildirdi ki, yox, ərə getməlidir. Bizim aramızda heç bir müqayisə ola bilməz. Mən iki uşaq anasıyam və 24 yaşındakı qoca anayam".

Duqlas dedi: "Qoca yox. Mən də sənin yaşındayam. Sənin kimi mən də dulam. Mən Anqus qrafıyam, böyük bir ailənin başçısıyam. Sən mənim kraliçamsan, indi isə həmişəlik". Marqaret azacıq ona tərəf əyildi: "Beləliklə, Arçibald, sən məni tərk etməyəcəksən. Sən hətta öz uşaq yaşındakı nişanlına evlənsən belə".

"Məni "Ard" deyə çağır" - deyə o pıçıldadı. "Sevənlər, adətən, məni Ard deyə çağırırlar".

Ardın məhəbbət vədi barədə pıçıltıları saxta və yalan idi. Marqaret Fransadakı Şotlandiya səfirinə yazdı ki, mən artıq seçimimi etmişəm və monstr adlandırdığım qoca krala bunu bildirə bilərsən. O, krala əvvəlcə deməli idi ki, mən ona ərə getməyə hazıram. Marqaret düşünürdü ki, ona ərə gedəcəkdir, baxmayaraq ki, o, qoca, vəhşi heyvandır. Ona ərə getsə, Fransa kraliçası, İngiltərənin düşməni və Katerinadan üstün olacağı perspekivini də nəzərə alırdı.  

1514-cü ilin yayı 

Metyü qəsrində yaşayan Marqaretə dəhşətli bir hadisə üz verdi və o, bunu anlaya bilmirdi. O, öz bacısının saxtakarlığını başa düşə bilmirdi. Bacısı da, qardaşı da ona xəyanət etmişdilər. Onlar nifrətdən də aşağı idilər. Onlar Marqaretin özünü və onun gələcəyini məhv etmək istəyirdilər. İlk öncə onlar onu dul qoydular və indi isə onu məhv etməyə çalışırlar. Meri kastiliyalı Karl ilə nikah müqaviləsini pozmuşdu, axı o, həmin Karla ərə getməyə hazırlaşmışdı. İlk dəfə irəli atılmaqla Marqaretin əvəzinə ərə getmək üzrə idi, böyük bacısının yerini tutacaqdı. Meri Harri və Katerinanın əlində marionetka rolunu oynayırdı. Harri buna çalışırdı ki, bacısı Marqaretdən uzaqda olsun, ona görə də onu Fransa kralı XII Luiyə ərə vermək istəyirdi. Lui isə  onun çoxdankı düşməni idi. Onun ispan arvadının da və onun bütöv ailəsinin də bütün həyatı boyu düşməni idi.

(Ardı var)

 





24.09.2019    çap et  çap et