525.Az

Aleksandr Dümanın Şəkidəki mənzili təmir olunacaq


 

Aleksandr Dümanın Şəkidəki mənzili təmir olunacaq<b style="color:red"></b>
Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfri Paskal Mönie Şəki şəhərinə səfər edib. Şəki Şəhər İcra Hakimiyyətində səfirlə görüşən İH başçısı Elxan Usubov Paskal Mönienin Azərbaycanla dostluq əlaqələrinin möhkəmlənməsində xidmətlərini xüsusi vurğulayıb.
 
Lent.az-ın APA TV-yə istinadən xəbərinə görə, Elxan Usubov bildirib ki, Şəki ilə Fransanın Kalmar şəhərləri arasında dotluq münasibətləri mövcuddur.

Görüşdə vurğulanıb ki, məhşur fransız yazıçı və səyyah Aleksandr Düma qədim Şəkidə olub. O, Şəkiyə heyran olduğunu əsərlərində bir neçə dəfə xatırlayıb. Yaxın  gələcəkdə Aleksandr Dümanın Şəkidə yaşadığı mənzil təmir olunaraq  yerli və xarici turistlərin ixtiyarına veriləcək. Səfir bildirib ki, fransanın azadlığı uğrunda döyüşən və ən ali - Fransanın Milli Qəhərmanı adına layiq görülən ilk azərbaycanlı da şəkili Əhmədiyyə Cəbrayılovdur. Şəki onlar üçün daha doğmadır və yaxın gələcəkdə Kalmar şəhəri ilə Şəki arasında bir çox sahələr üzrə əməkdaşlıq yaradılacaq.  Görüşdən  sonra səfir Fransanın Kalmar şəhər merinin şəhərdəki Bəxtiyar Vahabzadə adına 1 saylı tam orta məktəbin fransız dilli müəllim və şagirdləri üçün hədiyyə göndərdiyi dərslikləri kollektivə təqdim edib. Bildirilib ki, hazırda rayonun 14 məktəbində 1500-dən artıq şagird fransız dilini öyrənir
 





25.10.2013    çap et  çap et