525.Az

Rusiyada yaşayan azərbaycanlı aktyor vəfat etdi


 

Rusiyada yaşayan azərbaycanlı aktyor vəfat etdi <b style="color:red"></b>

Rusiyanın Moskva vilayəti, Serpuxov Şəhər Musiqili Dram Teatrının aktyoru Ramil Əzimov vəfat edib.

APA-nın chehov-vid.ru saytına istinadən verdiyi xəbərə görə, 41 yaşlı aktyor onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Aktyorla vida mərasimi bu gün Serpuxov Şəhər Musiqili Dram Teatrında keçiriləcək. Mərhum Bakıda dəfn olunacaq.

Ramil Əzimov 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru kimi səhnə həyatına başlayan R.Əzimov 2005-ci ildən Rusiyada fəaliyyət göstərirdi.

 





25.09.2019    çap et  çap et