525.Az

Azərbaycana məxsus PUA- vurulub? - Rəsmi açıqlama


 

Azərbaycana məxsus PUA- vurulub? - <b style="color:red">Rəsmi açıqlama </b>

Müdafiə Nazirliyi (MN) Azərbaycana məxsus PUA-nın vurulması barədə düşmən tərəfinin yaydığı məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb: “Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur”.

Qeyd edək ki, bu gün Ermənistanın bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının vurulması ilə bağlı məlumatlar yayılıb.

 





25.09.2019    çap et  çap et