525.Az

Şuşa Teatrında “Əlibaba və qırx quldur” nümayiş olunacaq


 

Şuşa Teatrında “Əlibaba və qırx quldur” nümayiş olunacaq<b style="color:red"></b>

Sentyabrın 29-da Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq.

APA-nın məlumatına görə, ərəb nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rejissoru Lalə Şirinovadır.

Tamaşanın quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Ağasəlim Feyzllayevdir.

Tamaşada Emin Sevdimalıyev, Türkay Cəfərli, Gündüz Qasımov, Nihad Heybətov, Zəhra Salayeva, Günel İmanova, Mobil Qurbanov və başqaları oynayırlar.

“Əlibaba və qırx quldur” tamaşası saat 12:00-da başlayacaq.

 





26.09.2019    çap et  çap et