525.Az

“Münaqişənin Azərbaycanın ərazi bütövlüyündən kənar həll modeli mövcud deyil”


 

“Münaqişənin Azərbaycanın ərazi bütövlüyündən kənar həll modeli mövcud deyil”<b style="color:red"></b>

“Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. Münaqişənin Azərbaycan üçün məqbul olan həlli BMT nizamnaməsinə, beynəlxalq hüquqa və ədalətə əsaslanır və bu mövqeyi beynəlxalq ictimaiyyət dəstəkləyir”.

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT Baş məclisinin ümumi müzakirələr hissəsində çıxışına münasibət bildirərkən deyib.

O qeyd edib ki, münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, hərbi işğala son qoyulmalı, Azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır: “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycanın sərhədləri daxilində sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan özünü idarəetmə modeli müəyyən olunmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkrarən istinad etdiyi 9 mart 2019-cu il tarixli bəyanatda münaqişənin həlli üzrə yol xəritəsi təsvir olunub. Münaqişənin Azərbaycanın ərazi bütövlüyündən kənar həlli modeli mövcud deyildir. Münaqişənin tezliklə həlli regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, hal-hazırda ağır şəraitdə yaşayan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının güzaranının yaxşılaşmasına, Ermənistanın özünün inkişafına gətirib çıxara bilər.

Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək. Ermənistandan vaxtı hədər vermək və ilhaqçı siyasətinə bəraət qazandırmaq üçün əsassız tarixi, populist və demaqoqik arqumentlər axtararaq öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli, beynəlxalq öhdəliklərini yerinə yetirməli və qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır”.

 





27.09.2019    çap et  çap et