525.Az

Baş nazir: “Şirak Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox çalışdı”


 

Baş nazir: “Şirak Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox çalışdı”<b style="color:red"></b>

Azərbaycanın baş naziri Novruz Məmmədov Fransanın keçmiş prezidenti Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verib.

APA-nın xəbərinə görə, baş nazirin “Twitter” səhifəsində etdiyi paylaşımda bildirib ki, görkəmli siyasət və dövlət xadimi, 1995-2007-ci illərdə Fransanın 22-ci Prezidenti olmuş Jak Şirakın vəfatı onu çox kədərləndirib.

“Dövlətlərarası münasibətlərə xüsusi həssaslıq nümayiş etdirən Prezident Şirakın beynəlxalq aləmdə böyük nüfuzu vardı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün çox çalışdı. Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaqdır”, - deyə, baş nazir qeyd edib.

 





27.09.2019    çap et  çap et