525.Az

Hərəkətsizlik ölümə səbəb olur


 

Hərəkətsizlik ölümə səbəb olur<b style="color:red"></b> Alimlər hər il dünyada əhalinin ölüm sayının artmasının əsas səbəblərindən birini açıqlayıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dünya Ürək Federasiyası tərəfindən aparılan araşdırmalara görə son zamanlar ölümlərin artmasına əsas səbəblərdən biri kimi insanların hərəkətsizliyi göstərilib.

Dünya Ürək Federasiyası artan ölümlərin 6 faizinin insanların hərəkətsizliyi ilə bağlı olduğunu qeyd edib. Türkiyənin Bursa şəhərində ”Ürək günü” adlanan tədbirdə iştirak edən alimlər hərəkətli olmağın önəmini qeyd edib: ”Hərəkətdə olun. Hər il dünya əhalisinin 6 faizi bu problemlə üzləşərək dünyasını dəyişir”.

Hazırki dönəmdə dünya əhalisinin böyük hissəsi şəkərli, duzlu və piylənməyə meyilləndirən qidalara üstünlük verir. Məhsulların düzgün şəraitdə saxlanılmaması 10 ölüm halından 4-nə səbəb kimi göstərilir. Alimlər siqaret çəkənlərə də öz tövsiyələrini veriblər: “Bu gün siqaret çəkənlərin sayı artmaqda davam edir. Siqaret çəkən hər iki şəxsdən biri bu səbəbdən dünyasını dəyişir”.

Qeyd edək ki, hər il 600 min insan siqaretə görə dünyasını dəyişir. Siqaretdən imtina isə ürəkdə yaranan problemləri azaldır.
Nigar Məhərrəm
 





11.10.2012    çap et  çap et