525.Az

İTV-nin yanğında zəhərlənən əməkdaşı xəstəxanadan evə buraxılıb


 

İTV-nin yanğında zəhərlənən əməkdaşı xəstəxanadan evə buraxılıb<b style="color:red"></b>

Dünən gecə saatlarında İctimai Televiziyadan tüstüdən boğulma diaqnozu ilə xəstəxanaya gətirilən şəxs evə buraxılıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilən xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, dünən Bakının Yasamal rayonu Şərifzadə küçəsində, İctimai Televiziyanın yerləşdiyi binada yanğın baş verib.

Hadisə zamanı televiziyanın iki əməkdaşı tüstüdən zəhərlənib.

 





28.09.2019    çap et  çap et