525.Az

"Abşeron. Bolqar rəssamlarının gözü ilə" adlı layihənın açılışı olub


 

"Abşeron. Bolqar rəssamlarının gözü ilə" adlı layihənın açılışı olub<b style="color:red"></b>

Xalq rəssamı Arif Əzizin təşəbbüsü, UNESCO yanında Dünya Rəssamlıq Akademiyası ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığıyla "Abşeron. Bolqar rəssamlarının gözü ilə" adlı interaktiv layihənin açılışı olub.

Tədbirdə ADMİU-nun Tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova, Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva, layihənin rəhbəri, Rəssamlıq fakültəsinin dekanı sənətşünasıq üzrə fəlsəfə doktoru Sevil Kərimova, Xalq rəssamı, professor Arif Əziz, ADMİU-nun professor-müəllim heyəti və tələbələri, həmçinin, mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirdən çıxış edən prorektorlar Validə Məmmədova və Gülşən Əliyeva Azərbaycan-Bolqarıstan mədəni əlaqələrindən, layihənin əhəmiyyətindən danışıblar. Daha sonra çıxış edən Sevil Kərimova kuratoru olduğu layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, "Abşeron. Bolqar rəssamlarının gözü ilə" adlı beynəlxalq layihə 29 sentyabr tarixinə qədər davam edəcək. Xalq rəssamı Arif Əzizin təşəbbüsü, UNESCO yanında Dünya Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə "ARİF AZİZ ART HOUSE" sənət evində baş tutacaq layihədə bir həftə ərzində Bolqarıstanın məhşur rəssamlar nəsli Panevlər özünəməxsus bədii tərzdə Abşeron və Xəzər mənzərələrini yaradacaqlar. Lahiyə çərçivəsidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin tələbələri üçün Xristo Panevin ustad dərsi baş tutacaq.

Lahiyənin nəticələri 29 sentyabrda "ARİF AZİZ ART HOUSE" sənət evində yekun sərgidə nümayiş olunacaq. Panevlər nəslini təqdim edən dörd rəssam - müasir Bolqarıstan təsviri incəsənətinin inkişafını və nailiyyətlərini təmsil edir.

 





29.09.2019    çap et  çap et