525.Az

Azərbaycan nazirləri harada təhsil alıb? – Siyahı


 

Azərbaycan nazirləri harada təhsil alıb? – <b style="color:red">Siyahı</b>

Azərbaycanın hökumətinin üzvləri hansı ali məktəbləri bitirib? 

525.az  “Media forum”a  istinadən siyahını təqdim edir:

Baş nazir Artur Rasizadə - Azərbaycan Sənaye İnstitutu (indiki Azərbaycan Dövlət Neft Akademiyası);

Baş nazirin birinci müavini Yaqub Eyyubov - Azərbaycan Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti);

Baş nazirin müavini Abid Şərifov - Azərbaycan Politexnik İnstitutu;

Baş nazirin müavini Elçin Əfəndiyev - Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti);

Baş nazirin müavini Əli Əhmədov - Moskva Dövlət Tarix-Arxiv İnstitutu;

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov - Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), Bakı Ali Partiya Məktəbi (indiki Dövlət İdarəçilik Akademiyası);

Baş nazirin müavini İsmət Abasov - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti);

Daxili işlər naziri Ramil Usubov - SSRİ Daxili İşlər Nazirliyinin Akademiyası;

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov - Azərbaycan Dövlət Universiteti;

Energetika naziri Natiq Əliyev - Azərbaycan Neft və Kimya İnstitutu;

Ədliyyə naziri Fikrət Məmmədov - Moskva Dövlət Universiteti, Bakı Ali Partiya Məktəbi;

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Moskva Dövlət Universiteti;

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov - Azərbaycan Dövlət Universiteti, Azərbaycan Universiteti;

Gənclər və idman naziri Azad Rəhimov - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (indiki Azərbaycan Dillər Universiteti);

Xarici işlər naziri Elmar Məmmədyarov - Kiyev Dövlət Universiteti, ABŞ-ın Braun Universiteti;

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev - Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı;

Kənd təsərrüfatı naziri Heydər Əsədov - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu;

Maliyyə naziri Samir Şərifov - Kiyev Dövlət Universiteti;

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu;

Milli təhlükəsizlik naziri Eldar Mahmudov - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Bakı Dövlət Universiteti;

Müdafiə naziri Zakir Həsənov - Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi;

Müdafiə sənayesi naziri Yavər Camalov - Azərbaycan Neft və Kimya İnstitutu;

Nəqliyyat naziri Ziya Məmmədov - Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutu;

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov - Moskva Energetika İnstitutu;

Səhiyyə naziri Oqtay Şirəliyev - Azərbaycan Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti);

Təhsil naziri Mikayıl Cabbarov - Bakı Dövlət Universiteti, ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti;

Vergilər naziri Fazil Məmmədov - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu;

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova – Azərbaycan Dövlət Universiteti;

Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov – Azərbaycan Politexnik İnstitutu;

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov - Bakı Dövlət Universiteti, ABŞ-ın Kolumbiya Universiteti;

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev - Azərbaycan Dövlət Universiteti;

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov - Azərbaycan Politexnik İnstitutu;

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov - Azərbaycan Pedaqoji İnstitutu (indiki Azərbaycan Pedaqoji Universiteti);

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu;

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı - Azərbaycan Dövlət İqtisad Universiteti;

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu;

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev - İvanovo Kimya Texnologiya İnstitutu, Bakı Dövlət Universiteti;

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev - Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi;

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov - Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbi;

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev - Azərbaycan Dövlət Universiteti.

 





25.10.2013    çap et  çap et