525.Az

Almaniya səfiri: “Dağlıq Qarabağ mürəkkəb münaqişədir"


 

Almaniya səfiri: “Dağlıq Qarabağ mürəkkəb münaqişədir"<b style="color:red"></b>

“Dağlıq Qarabağ mürəkkəb bir münaqişədir. Amma ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflər arasında qarşılıqlı və sakit dialoqu təmin edə biliblər. Buna görə biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinə təşəkkür edirik”.

APA-nın xəbərinə görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, münaqişələrin həllində səbrli olmaq lazımdır və münaqişələrin həlli üçün zamana ehtiyac var.

Səfir Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünə də münasibət bildirib. Diplomatın sözlərinə görə, münaqişə həllini tapmasa da, nazirlərin danışıqlar aparması yaxşıya doğru bir işarədir.

Almaniya səfiri ölkəsinin Avropa İttifaqı institutlarında və beynəlxalq qurumlarda sədr statusundan istifadə edərək müəyyən məsələlərin həllinə kömək edəcəyini qeyd edib:

“Mənim üçün vacib olan praktiki həll yolunun tapılması, xalqların, insanların yaxınlaşması və bir-biri ilə danışmasıdır”.

 





30.09.2019    çap et  çap et