525.Az

Musa Quliyev energetik içkilərin reklamının qadağan olunmasını təklif etdi


 

Musa Quliyev energetik içkilərin reklamının qadağan olunmasını təklif etdi<b style="color:red"></b>

“Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin parlamentin işlər planına salınmasını təklif edirəm”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında millət vəkili Musa Quliyev bildirib.

Musa Quliyev deyib ki, energetik içkilərin reklamı qadağan olunmalıdır: “Energetik içkilərin gənclərin sağlamlığına zərərli təsiri məlumdur. Amma telekanalların hamısında bu içkilər reklam olunur. Ona görə də “Reklam haqqında” qanunda energetik içkilərin reklamının qadağan edilməsi vacibdir” .
 
M. Quliyev “Reproduktiv sağlamlıq haqqında” qanunun bu sessiyada qəbulunun da vacib olduğunu, növbəti sessiyaya qalmayacağına ümid etdiyini söyləyib.

 





30.09.2019    çap et  çap et