525.Az

Günay Əfəndiyeva Litva səfiri ilə görüşdü


 

Günay Əfəndiyeva Litva səfiri ilə görüşdü<b style="color:red"></b> Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə Litva səfiri Eqidius Navikas arasında görüş keçirilib.

Rəhbərlik etdiyi fondun fəaliyyətindən, həyata keçirdiyi layihələrdən söz açan G.Əfəndiyeva Litvada yaşayan kiçik saylı türkdilli xalqlar-karaimlərin mədəni irsinin qorunmasının vacibliyindən, bu sahədə bir çox elmi araşdırmaların aparılmasının, tarixi-mədəni irsin mühafizəsi və təbliği üçün görülən işlərin əhəmiyyətindən bəhs edib.

E.Navikas Ffondun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi istiqamətində fəaliyyətinin əhəmiyyətini vurğulayıb, yaxın gələcəkdə Litva ilə birgə layihələrin keçirilməsinə dəstəyini ifadə edib.

O, Litvada multikultural dəyərlərə böyük önəm verildiyini, türk mədəniyyəti və irsinin daha da təbliğ edilməsinin önəmini vurğulayıb.

Görüş zamanı fond və səfirlik arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri qarşılıqlı müzakirə edilib.
 





30.09.2019    çap et  çap et