525.Az

Şalva Alaverdaşvili: "Turizm baxımından Bakı bizi qabaqladı"


 

Şalva Alaverdaşvili: "Turizm baxımından Bakı bizi qabaqladı"<b style="color:red"></b>

"Turizm baxımından Bakı bizi vurdu və hətta yaxaladı".

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Hotellər və Restoranlar Federasiyasının qurucusu Şalva Alaverdaşvili "Palitra" radio proqramına müsahibəsində belə deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanın turizm sektorunda müşahidə olunan inkişaf dinamikası Gürcüstana gələn əcnəbi turist sayında itkiyə səbəb olur.

“Bir neçə il əvvəl – 2013-2015-ci illərdə Azərbaycan necə inkişaf etdiyimizi böyük maraqla izləyirdi. İndi biz buna bənzəyirik, çünki Bakı bizi yaxaladı. Bunun səbəbi bizə gələn qonaqların hamısının Bakıya göndərilməsidir. Qonaqları bölgəyə ilk biz gətiririk, sonra sərhəd-keçid məntəqələrində qeyri-müəyyən bir siyasətimiz olduğu üçün qonşu ölkələrə paylanır. Ölkəyə gələnlərə icazə vermədiyimiz üçün Bakıya gedirlər və turist cəlbediciliyi baxımından ölkə kifayət qədər böyüyən dinamikaya sahibdir", - deyə Ş. Alaverdaşvili bildirib.

 





30.09.2019    çap et  çap et