525.Az

Rusiya XİN ABŞ-ı viza müharibəsində günahlandırır


 

Rusiya XİN ABŞ-ı viza müharibəsində günahlandırır<b style="color:red"></b>

“ABŞ-ın Rusiya nümayəndə heyətinin üzvlərinə viza verməməsindən sonra cavab tədbirləri görməyi istisna etmirik. Lakin bu, Rusiyanın seçimi deyil, viza müharibəsini ABŞ başlayıb”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov "Mejdunarodnaya jizn" jurnalına müsahibəsində deyib.

“Siz viza müharibəsinin getdiyini bilirsiniz. Bu müharibəni ABŞ başlayıb. Bir müddətdir ki, biz səfirlik və baş konsulluq əməkdaşlarımızın ABŞ-a uzun müddətli ezamiyyətə göndərilməsində böyük çətinlik çəkirik. Bizim qısa müddətli ezamiyyətlərə göndərilməsi üçün personalın formalaşdırılmasında da böyük problemlərimiz var. Biz amerikalılara baş-başa, diş-dişə prinsipi ilə hərəkət etməyi deyil, razılaşmağı təklif edirik. Hələlik, bu alınmır. Görünür ki, ABŞ-da Rusiya üzrə siyasəti müəyyənləşdirənlərin prioritetləri başqadır. Onlar bizimlə güc yolu ilə danışmağa üstünlük verirlər. Lakin bu xəttin uğursuzluğa məhkum olduğu çoxdan hamıya məlumdur", - deyə Rusiya XİN başçısının müavini "Mejdunarodnaya jizn" jurnalına müsahibəsində vurğulayıb.

S. Ryabkov qeyd edib ki, Rusiya tərəfindən simmetrik cavab da bir variantdır: “Biz bu haqda düşünəcəyik”.

Xatırladaq ki, ABŞ BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı planlaşdırılan Rusiya nümayəndə heyətinin 10 üzvünə viza verməkdən imtina edib.

 





30.09.2019    çap et  çap et