525.Az

"İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsi hazırlanıb


 

"İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsi hazırlanıb<b style="color:red"></b>

Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb.

Bunu “APA-Economics”ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə işlənilən bu qanun layihəsi son beynəlxalq standartlara cavab verir.

Mərkəzinin icraçı direktoru əlavə edib ki, belə bir təcrübənin tətbiqi Estoniya, Xorvatiya, Yaponiya kimi ölkələrdə olduğu kimi, Azərbaycana da sərmayələrin cəlb edilməsinə imkan yaradacaq.

 

 





01.10.2019    çap et  çap et