525.Az

Hulusi Akar: “Tələblərimizlə bağlı irəliləyiş olmazsa...”


 

Hulusi Akar: “Tələblərimizlə bağlı irəliləyiş olmazsa...”<b style="color:red"></b>

“Təhlükəsiz bölgə məsələsi arzu etdiyimiz kimi deyil”.

APA-nın "NVT" televiziyasına istinadla xəbərinə görə, Türkiyənin müdafiə naziri Hulusi Akar jurnalistlərin “Türkiyənin ABŞ-dan tələbi nədir?” sualını cavablandırarkən bu fikri səsləndirib.

Hulusi Akar deyib ki, Suriya sərhədində təhlükəsiz bölgə məsələsilə bağlı ABŞ-la razılığa gəlinməyib: “YPG-lilərin ərazidən çıxarılması, istehkamlarının ləğvi məsələsi, ağır silahların təhvil verilməsi kimi tələblərimiz var. Bu tələblərimizlə bağlı bir irəliləyiş olmazsa, biz hərəkətə keçəcəyik. Silahlı qüvvələrimiz hər baxımdan hazırdır. Bu məsələnin zarafatı yoxdur”.

Nazir, eyni zamanda, ABŞ-la görüşlərin davam etdiyini, diplomatik əlaqələrin normal şəkildə davam etdiyini bildirib.

 





02.10.2019    çap et  çap et