525.Az

Gürcüstanda prezident seçkilərinin qalibi Marqvelaşvilidir


 

Gürcüstanda prezident seçkilərinin qalibi Marqvelaşvilidir<b style="color:red"></b>

Gürcüstan baş naziri, "Gürcüstan arzusu" partiyasının lideri Bidzina İvanişvili tərəfdarlarına təşəkkür edib. ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, baş nazir "Gürcüstan arzusu" partiyasının namizədi Qeorgi Marqvelaşvilinin prezident seçkilərinin nəticələrinə görə liderlik etməsindən məmnunluğunu dilə gətirib. O, Gürcüstanın bu cür prezidentə layiq olduğunu bildirib.

Qeyd edək ki, exit poll-un nəticələrinə görə, Merqvelaşvili əhəmiyyətli üstünlüklə seçkilərdə qalib gəlib. Prezident Mixail Saakaşvilinin partiyasından olan namizəd David Bakradze isə ikinci yerdədir. Üçüncü yerdə isə parlamentin eks spikeri, Nino Burcanedze qərarlaşıb.

Xatırladaq ki, ötən ilin oktyabrın 1-də baş tutan parlament seçkilərində Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat partiyası" mövqeyini əldən verərək müxalifətə keçmişdi. Parlament seçkilərində qələbə qazanmış "Gürcü arzusu" koalisiyası İvanişvilinin rəhbərliyi altına hökumət formalaşdırmışdı.

 





27.10.2013    çap et  çap et