525.Az

Bakının bir neçə rayonunda məişət tullantılarının çeşidlənməsi aparılacaq


 

Bakının bir neçə rayonunda məişət tullantılarının çeşidlənməsi aparılacaq<b style="color:red"></b>

2020-2021-ci illər ərzində Bakının bir sıra rayonunda məişət tullantılarının çeşidlənməsi aparılacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin nümayəndəsi, tullantı menecmenti üzrə məsləhətçi Artur Quasti deyib.

Onun sözlərinə görə, hazırda bu işlər Bakının Nərimanov rayonunda icra olunur və əgər əvvəllər məişət tullantılarının emal həcmi 15 ton idisə, hazırda bu göstərici 25 tona çatıb.

"Bu gün bizi daha çox tullantıların miqdarı yox, onların keyfiyyəti maraqlandırır. Əhali bilməlidir ki, narıncı qutulara ancaq şüşə, karton, metal və plastik atılmalıdır. Digər tullantılar isə yaşıl qablara atılmalıdır. Ən böyük problem ondan ibarətdir ki, biz hələ də tekstil və qida tullantılarını narıncı qutularda tapırıq. Əgər bu problem maksimal dərəcədə tez həll olsa, layihə daha effektiv olacaq", - deyə A. Quasti qeyd edib.

 





02.10.2019    çap et  çap et