525.Az

Vaqif İbrahimoğlunun teatr dünyası


 

Vaqif İbrahimoğlunun teatr dünyası <b style="color:red"></b>

Çağdaş Azərbaycan teatrının istiqamətini təyin edən, öz yaradıcılığında milli teatr ənənələri ilə dünya teatr prosesinin qabaqcıl təcrübələrini üzvi şəkildə birləşdirən rejissorlardan biri Vaqif İbrahimoğludur.

 

Vaqif İbrahimoğlu bir rejissor kimi fəaliyyətə Eksperimental Teatr Studiyasından başlayıb. Gənc, istedadlı rejissorun studiyaçılığa meyli onun eksperimental, yenilikçi, qeyri-standart rejissurası ilə izah olunmalıdır. V.İbrahimoğlunun studiyaçılıq meyli yaradıcılığının sonrakı dönəmlərində özünü göstərir.

 

Rejissor elə ilk işi olanƏhvalat vaqe olurtamaşası (tamaşa Sultan Məcid QənizadəninXor-xor”, Cəlil MəmmədquluzadəninYığıncaq Cəfər CabbarlınınYaylağa gedirbir pərdəli komediyalarının kompozisiyaları əsasında hazırlanıb) ilə seçdiyi sənət istiqamətini, yaradıcı iddialarını bəyan etdi. Abbas Mirzə Şərifzadə adına Aktyor Evinin nəzdində fəaliyyət göstərən Teatr-studiyasında quruluş verdiyi iki tamaşa – “Qədim nəslin nümayəndələriA.P.ÇexovunEvlənmə”, B.ŞoununLord Avqust başında...” L.PirandellonunAxmaqbir pərdəli pyesləri əsasında) Məcnun” (Məhəmməd FüzulininLeyli Məcnunpoemasının motivləri əsasında, rus dilində) tamaşaları ilə V.İbrahimoğlu öz yaradıcılıq istiqamətinin konturlarını cızdı. AmmaVaqif İbrahimoğlunun Aktyor Evindəki eksperimental teatr-studiyasının aqibəti acı oldu. Anarın böyük səylərinə baxmayaraq, o illərin ideoloji  mədəniyyət rəhbərləri bu təşəbbüsə biganə qaldılar, studiyanı yaşatmadılar” (İlham Rəhimli). Deməzdim ki, bu studiyanın aqibəti acı oldu, çünki studiya bağlansa da, Vaqif İbrahimoğlu həmfikirləri burada başladıqları işi M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət  İncəsənət Universiteti) nəzdində fəaliyyət göstərən Tədris Teatrında davam etdirdilər. Bir ki, rejissorun özünün dediyi kimi, “Nəticə heç , proses hər şeydir”. Aktyor Evinin nəzdindəki teatr-studiyanın fəaliyyəti isə teatr aləmində özünütəsdiq teatr konsepsiyasının realizəsi prosesində tramplin rolunu oynadı. Bu prosesdə növbəti mərhələni isə  Tədris Teatrının səhnəsində hazırladığıZəncirbənd” (Anar), “Ac həriflər” (Əbdürrəhim bəy Haqverdiyev), “Yaylağa gedir” (Cəfər Cabbarlı), “Var olsun günəş” (Kamal Aslanov), “Güneylər, quzeylər” (Rəsul Rza), “Diqqət! Başlayıram” (Rəhman Əlizadə), “Təskinlik verməyi unutmayın” (Antuan de Sent EkzüperininBalaca şahzadəəsəri əsasında), “Komsomol” (Səməd Vurğun) kimi tamaşalarla gerçəkləşdi. Doğrudur, V.İbrahimoğlu Musiqili Komediya Teatrına baş rejissor təyin edildikdən sonra bu prosesdən bir qədər uzaqlaşdı. Musiqili Komediya teatrındakı fəaliyyəti dövründə V.İbrahimoğlu rəsmi saatından sonra öz dəstəsi ilə seçdiyi teatr konsepsiyasına uyğun tamaşalar hazırlayır, hələ Aktyor Evində başladığı teatr eksperimentlərini, axtarışlarını davam etdirirdi. Nəhayət bu axtarışlar teatr prosesimizin avanqardında dayanan V.İbrahimoğlunun öz teatrını yaratması ilə nəticələndi. Rejissorun milli teatr poetikasını yaratmaq arzusu bu yolda mətin mübarizəsi artıq fərqli konsepsiya ilə işləyən, fərqli bədii-estetik prinsiplərə söykənən yeni bir teatrın yaranmasını zərurətə çevirdi. Əslində, V.İbrahimoğlunun yaradıcılığını teatr fəaliyyətinə başladığı ilkin dövrdən etibarən məhz yuğ tipli, yuğ amallı bir teatrın yaradılmasına doğru bir yol kimi dəyərləndirmək olar. Rejissorun quruluşunda səhnə həyatı tapan, az qala, hər biri hadisəyə çevrilən bütün tamaşalar isə bu yolda atılan növbəti addım idi nəhayət 1989-cu ildə Həsənağa Turabovun təşəbbüsü yaxından köməkliyi nəticəsində Akademik Milli Dram Teatrının nəzdindəYuğTeatr-Studiyası açıldı. 1992-ci il 18 oktyabr tarixində bu studiya dövlət statusu aldı.

 

Yuğstudiyası iləYuğDövlət Teatrı arasında o qədər ciddi yaradıcı fərqlər mövcud deyil onların fəaliyyəti vahid bir prosesin mərhələləri kimi dəyərləndirilməlidir. “Yuğun 17 illik fəaliyyətinə qısa nəzər salarkən görürük ki, bu gün Azərbaycan teatr məkanında öz orijinal sənət yolu olan, əhatəsinə əsasən ölkənin ziyalı təbəqəsindən ibarət geniş tamaşaçı kontingenti toplaya bilən milli teatr prosesinə fəal təsir göstərənYuğadlı bir teatr mövcuddur. Bu günYuğTeatrının ünvanına deyilən modernist, postmodernist teatr ifadələrini kifayət qədər sıx-sıx eşidirik. Doğrudur, modern, postmodern teatr düşüncəsiYuğa yabançı nəsnələr deyil, amma bu ifadələrYuğTeatrının fəaliyyətini xarakterizə etmir. “Yuğu səciyyələndirən başlıca amil bu teatrın milli sənət düşüncəmizə, xalq oyun-tamaşa mədəniyyətindən qaynaqlanan teatr ənənələrinə müraciət etməsi bu ənənələri dünya teatr prosesinin qabaqcıl təcrübələri ilə birləşdirə bilməsindən ibarətdir. Bu səhnədə oynanılan bütün tamaşalarda milli oyun-tamaşa mədəniyyətinin ünsürlərini sezmək mümkündür. Əslində, teatrın adı da onun başlıca yaradıcılıq istiqamətlərini kodlaşdıran amil kimi çıxış edir. Bəllidir ki, yuğ türklərin ən qədim mərasimlərindəndir bu oyun-mərasimləriYuğTeatrının tamaşalarının modeli kimi dəyərləndirilə bilər. Bu teatrın fərqli, bənzərsiz yaradıcılıq yolu olduğu heç kəs üçün sirr deyil. Bu bənzərsizliyə zəmin yaradan amillərdən biri Yuğun öz poetikası olması fəaliyyətində bu poetikaya istinad etməsidir. “Ruhun hikmətlərianlamına gələnPsixosofpoetikasının adı da bu teatrın tamaşalarını ümumilikdə bütün yaradıcılığını daha dərindən anlamaq üçün açar rolunu oynayır. İstinad etdiyi poetikanın adından da göründüyü kimi, yaradıcılığında ruhi kontakta, ruhi hala çox böyük önəm verir, insan ruhunun yaşamı, insanın ruhi-psixodelik halı onun yaradıcılığının mərkəzində dayanır. Məhz bu faktYuğTeatrının təqdim etdiyi tamaşaların dəyərləndirmə vasitələrini köklü surətdə dəyişir.

 

Vaqif İbrahimoğlu rejissurasının, poetikasının məğzini anlamaq üçün mütləq rejissorun teatr, sənət haqqında düşüncələri ilə tanış olmaq lazımdır. “Mənim üçün ən başlıca olanı haldır! ritmdir, musiqidir, ideyadır, əsas sehrli haldır! Yəni, əstəğfürullah, məscidə gəliriksə, biz ora xüsusi əhval-ruhiyyə, daxili istək-arzu ilə, psixoloji hadisələrdən doğrulmuş saf inamla daxil olmuruqsa, ora getməyin heç bir əhəmiyyəti yoxdur”. V.İbrahimoğlu teatrı insanın özü-özü ilə, dünyası ilə dialoqda, təmasda olduğu bir yer kimi qiymətləndirir. Rejissor üçün həmin məqam müqəddəsdir, əzizdir, başlıcadır. İnsan ruhunun yaşamını, ruhi-psixodelik halı teatr sənətinin qayəsi kimi qavrayan sənətkar bu halın yaranmasında xüsusi çəkisi olan, sözə, musiqiyə əhval-ruhiyyə aşılayaraq onu təbii emosional edən ritmi ordunu səfərbər edən sərkərdə ilə müqayisə edir.

 

Yuğun repertuarında teatrın kredosuna, amalına, poetikasına mərhəmlik duyulur. Elə ilk tamaşasıMəhəmmədhüseyn ŞəhriyarınHeydərbabaya salampoeması əsasında hazırlananSalamtamaşası ilə Teatr öz yaradıcılıq yolunu müəyyənləşdirdi. Daha sonra səhnələdiyiAçar”, “Dad”, “Oğulkimi tamaşalarla sənət axtarışlarını davam etdirdi. “Yuğun 17 illik fəaliyyəti dövründə repertuarında yer alan tamaşalara nəzər saldıqda Teatrın klassik irsimizin nümunələrinə (“Kitabi-Dədə Qorquddastanı, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid s.), müasir yazarların (Ramiz Rövşən, Afaq Məsud, Vaqif Bayatlı,  Firuz Mustafa, Mehman Musabəyov, Kamal Abdulla s.) əsərlərinə müraciət etdiyinin şahidi oluruq. Repertuarda əcnəbi müəlliflərin (Şekspir, Ekzüperi, Bekket, Höte, Çexov, Qoqol, Yamamoto s.) əsərləri əsasında hazırlanan tamaşalar da az deyil. “Yuğun tarixinə qısa ekskursdan da göründüyü kimi, teatrın repertuarı çox rəngarəngdir, amma bu repertuarda rast gəldiyimiz əsərləri birləşdirən bir amil var; onların hər biri ilahi mətləblərə, sakral, arxetipik məna qatına malikdir.

 

Son dönəmlərdəVaqif İbrahimoğlu dünyasını dəyişdikdən sonra daYuğun yaradıcılıq fəaliyyətini uğurla davam etdirməsi, ustad rejissorun yetişdirdiyi sənətçilərin uğurlu işləri bir daha sübut edir ki, “Yuğda yeni rejissor aktyor nəsli yetişir. YUĞ Teatrında çalışan istər rejissorlarların, istərsə çox yüksək potensiala malik gənc aktyorların sənətkarlıq səviyyəsi sənətə münasibətləri teatrın gələcəyi haqqında ümidlə danışmağa əsas verir.

 

Aynur İSRAFİLOVA

 

 





11.10.2012    çap et  çap et