525.Az

4-cü Gənc Ədiblər Məktəbinin üzvləri Paşa Əlioğlu ilə görüşəcəklər


 

4-cü Gənc Ədiblər Məktəbinin üzvləri Paşa Əlioğlu ilə görüşəcəklər <b style="color:red"></b> 8 oktyabr, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 4-cü Gənc Ədiblər Məktəbinin (GƏM) üzvləri ilə filologiya elmləri doktoru Paşa Əlioğlunun görüşü keçiriləcək.

525.az-ın məlumatına görə, görüşdə Əli Kərimin yaradıcılığından söz açılacaq, gənclərin sualları cavablandırılacaq.

Görüş iştirakçılarına şairin “Metronun yaylı qapıları” kitabı hədiyyə olunacaq.

GƏM-in keçmiş üzvləri də görüşdə iştirak edə bilərlər.
 





02.10.2019    çap et  çap et